1 tondan artıq çətənə kolu məhv edildi

13:38 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.