1 yaşlı oğlunu evdən həyətə tullayan şəxsə cinayət işi açılıb

12:03 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanmışdır.