11 uşağın ölümünə səbəb olan terrorçu zərərsizləşdirildi

14:19 15.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada əməliyyat keçirib.

Əməliyyat nəticəsində PKK-ın əsas fiqurlarından hesab edilən kod adı Heysem Cümə olan Heysem Abu Dahham zərərsizləşdirilib.

Terrorçunun 2019-cu ildə Cerablusda 3-ü motosikletlə, 2-si avtomobillə törədilən bombalı hücumlara, 2020-ci ildə isə Afrin şəhər mərkəzində törədilən və 11-i uşaq olmaqla 40 dinc insanın ölülmünə səbəb olan terror aktına görə məsuliyyət daşıdığı bildirilir.