16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 

09:38 16.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb.

 

Hafta.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.