Yazını böyüt
Yazını kiçilt
İşğal dövründə Qarabağ və Şərqi Zəngəzura dəymiş ziyanın hesablanması məqsədilə il ərzində 66 dəfə monitorinq aparılıb. Həmin ərazilərdən 657 su nümunəsi götürülüb.
Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
U.Tağıyevanın sözlərinə görə, götürülən su nümunələrinin analizi onu göstərir ki, ən çox çirklənən çay Oxçuçaydır. Bu barədə məlumatlar aidiyyatı qurumlara təqdim edilib.