Yazını böyüt
Yazını kiçilt
Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə "Patong Fight Night 2" turnirinin qalibi olub.
Hafta.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin məlumatına görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.
Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib. O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.