21 yaşlı qız mopeddən yıxılıb öldü

10:21 01.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 21 yaşlı qız mopeddən yıxılıb ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında baş verib.

Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.

2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən E.Həsənova aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.