30 yaşlı ana yeni ilin ilk saatlarında beşəm doğub

17:49 01.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, beşəmlərin anası bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.