Tramp Ərdoğana hörmətini belə ifadə etdi: Qatılacağam!

08:48 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı bir sıra açıqlamalar verib.

Hafta.az xəbər verir ki, ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

"Ərdoğan mənim dostumdur. O, çox güclü insandır", - Tramp deyib. ABŞ lideri əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək zirvə toplantısında iştirak edəcək:

"NATO-nun Ankarada keçiriləcək zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq ora gedirəm".

Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala "Türkiyəni məmnun edəcək bir şey edəcəyəm", - cavabını verib.

ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb:

"İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs edildikdə ağlıma ilk olaraq Ərdoğan gəlir".

Qeyd edək ki, Ankarada NATO-nun sammiti 7-8 iyulda keçiriləcək./"Haber Global"/