37 yaşlı kişi asılmış vəziyyətdə tapıldı 

09:38 03.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda kişi evində ölmüş vəziyyətdə tapılıb.

 

Hafta.az xəbər verir ki, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 49-da qeydə alınıb.

 

Məlumata görə, 1986-cı il təvəllüdlü Sərvər Qayıblı yaşadığı evdə qaz borusundan asılı vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.