4 nəfər koronavirus xəstəsinə cinayət işi başlanıb

12:28 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 26-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.