Moskva vilayətində milliyyətcə azərbaycanlı olan 52 yaşlı Nadir Abdulov onun üçün əmlaklarını satan on qadını aldadıb. Bu barədə REN TV məlumat yayıb.
Kişi bütün qadınlarla internetdə tanış olub. Sonra eyni sxem üzrə hərəkət edib. Tanış olduğu qadınları bir dəfə restorana aparıb, bundan sonra onlara iltifatlar edib və çoxsaylı romantik vədlər verib.
Onlar görüşdükdən dərhal sonra Abdulov qadınlara evlilik təklifi edib. Beş il ərzində kişinin on evliliyi olub.
Nadirə aşiq olan qadınlar daşınmaz əmlaklarını, avtomobillərini satıb pulunu ona veriblər, həmçinin onun üçün kredit götürürdülər. Bütün bunlar Abdulovun “ayağa qalxmaq” və “dağları yerindən tərpətmək” andları ilə müşayiət olunurdu.
Evliliklərin nəticəsi Nadirin Moskva Dairəvi yolundan kənarda kotteci və Ximkinin mərkəzində qəlyan barı olması olub.
Eyni zamanda, həmin şəxs özü bütün ittihamları rədd edir və əmin edir ki, bu mülk halal zəhmətlə əldə edilib və onu özü qazanıb.