7 tondan çox narkotik dövriyyədən çıxarılıb

16:25 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən 3 il ərzində qanunsuz dövriyyədən 7 ton 213 kiloqram (20196 fakt üzrə 7156 satış, 11800 saxlama, 986 əkin, 254 digər) müxtəlif növ narkotik vasitə, 590 kiloqram psixotrop maddə və 70 tondan çox kultivasiya edilmiş çətənə kolları dövriyyədən çıxarılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

"Bununla yanaşı, 1 ton 328 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı da uğurla alınıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin 3 ton 216 kiloqramını marixuana, 2 ton 916 kiloqramını heroin, 586 kiloqramını tiryək, 41 kiloqramını həşiş, 455 kiloqramını isə digər narkotik vasitələr təşkil edib", - deyə DİN rəsmisi qeyd edib.

Oxunma sayı 131