7 yaşında 7 dəfə İNFARKT KEÇİRDİ - QORXUNC SƏBƏB

13:47 02.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın San-Paulu əyalətinin Anhembi bölgəsində evlərinin qarşısında dünyanın ən təhlükəli əqrəb növlərindən biri tərəfindən dişlənən 7 yaşlı uşaq dəhşətli şəkildə ölüb.

Hafta.az bildirir ki, braziliyalı 7 yaşlı Luiz Miguel Furtado Barbosa keçən həftə ailəsi ilə həftə sonu səfərinə hazırlaşarkən dəhşətli şəkildə ölüb.

Balaca uşağın ölümü həm yerli mətbuatda, həm də dünya mətbuatında böyük əks-səda doğurub.
Ölən uşağın anası 44 yaşlı Anjelita Proenka Furtado yerli mətbuata bildirib ki, dəhşətli hadisə onların Braziliyanın San-Paulu əyalətindəki evlərində baş verib.

Balaca Luiz həyəcanla gözlədiyi həftəsonu səyahəti üçün evlərinin xaricində ayaqqabılarını geyinməyə çalışarkən qəflətən qışqırmağa başlayıb.

Ana və ata Luizin yanına qaçıblar, lakin əvvəlcə nə baş verdiyini başa düşə bilməyiblər. Oğlunun ayağının qızardığını görən ana Anjelita həyat yoldaşı ilə onu nəyin dişlədiyini anlamağa çalışıb:

"Oğlum ayaqqabısını geyinərkən qəfil ağrıdan qışqırmağa başladı. Dərhal yanına qaçdıq və onu nəyin sancdığını anlamağa çalışdıq. Ayağında qızartı və şişlik artdıqca bunun əqrəb olduğunu anladım".
Anası Luizin düşərgə qurmağı və suda oynamağı çox sevdiyini söyləyib.

Ailə təcili tibbi yardım çağırıb və təcili yardım gələnə qədər oğlunu dişləyən əqrəbi tapmaq üçün evin hər yerində axtarış aparıb.

Ailə xəstəxanaya getməzdən əvvəl Luizi dişləyən əqrəbi tapıblar. Tapdıqları kiçik sarı əqrəb Cənubi Amerikanın ən təhlükəli növlərindən biri idi.

Tityus Serrulatus kimi də tanınan bu əqrəb, zəhərinə görə ölkədə ən ölümcül hadisələrdən məsuldur.

Ağrıdan qıvrılan balaca Luiz Sao Paulo Universiteti Tibb Məktəbi Xəstəxanasına aparılıb və təcili olaraq uşaq şöbəsinə yerləşdirilib.

Həkimlər dərhal müdaxilə etsələr də, balaca uşağın vəziyyəti faciəvi şəkildə pisləşib. Ardıcıl 7 dəfə infarkt keçirən uşağın balaca bədəni yaşadıqlarına dözməyib və oktyabrın 25-i çərşənbə axşamı dünyasını dəyişib.

Ailənin yaşadığı Anhembi bölgəsinin Tiete çayı ilə həmsərhəd olduğu və geniş meşə sahəsinə görə əqrəb hücumlarının tez-tez yaşandığı öyrənilib.