70 yaşlı bacısını öldürüb, el adəti ilə basdırdı

23:37 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.

Bu gün hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır