70 yaşlı dünya rekordçusu indiyədək 34 min hamburger yeyib

10:48 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tibb dünyasında hər kəs fastfood istehlakının zərərlərini qəbul etsə də, yarım əsrdən artıqdır ki, hər gün “McDonald's”da yeyən Don Qorsk 70 yaşına çatıb.

Hafta.az-ın “Guinness World Records”a istinadən yazdığına görə, lakin Qorsk gündəlik “Big Mac” istehlakını doqquzdan ikiyə endirib, kartof qızartmasından imtina edib və hər gün təxminən 10 kilometr piyada gedir. Bu dəyişikliklərlə o, öz Ginnesin Rekordlar Kitabını təkmilləşdirməyi bacarıb və ən çox “Big Mac” yemək rekordunda 34 mini keçib.

Ginnesin nəşr etdiyi müsahibədə Qorsk deyib: "Bir çox insanlar indiyədək öləcəyimi düşünürdülər, lakin mən Ginnesin Rekordlar Kitabının ən uzun müddətdir davam edən rekordçuları arasındayam, bu mənim üçün olduqca gözəldir".

Qorsk ABŞ-ın Viskonsin ştatının Fond du Lak şəhərində mühafizəçi işlədikdən sonra təqaüdə çıxıb.

O deyir ki, bu həvəsin başlanğıc nöqtəsi 1972-ci il mayın 17-də ilk “Big Mac”ini yediyi vaxt olub: “O an düşündüm ki, yəqin ömrümün sonuna qədər bunları yeyəcəyəm. Kartonları arxa oturacaqlara atdım və ilk gündən onları saymağa başladım”.

Mayın 17-dən etibarən bütün qəbzləri və hamburger qablarını gizlədən Qorskın bu münasibəti anasını narahat edib. Oğluna fast fooddan başqa hər gün başqa yemək yeməyi tapşırsa da, bu 1981-ci ilə qədər qüvvədə qalıb: “Mənə dedi ki, indiyə qədər səni öldürməyibsə, davam et”.

Qorsk, evinə ən yaxın olan “McDonald's”ın divarında onun portretinin olduğunu, məhz onun qarşısındakı dayanacaqda həyat yoldaşı Meriyə evlənmə təklifi etdiyini bildirib.

Bu qəribə vərdiş nəticəsində Qorsk 1999-cu ildə Ginnes tərəfindən ömürboyu ən çox “Big Mac” yeyən şəxs titulunu alıb. 2011-ci ildə 25 min, 2023-cü ildə isə 34 min baryeri keçib. Buna baxmayaraq, o, iştahının heç vaxt azalmadığını deyir: "Bir şeyi sevəndə ondan əl çəkmirəm. İlk dəfə “Big Mac” yediyimi görən insanlar adətən ilk dəfə yeyirəm deyə düşünürər".

Oxunma sayı 156