Naxçıvanda 75 yaşlı nənəni öldürüb meyitini quyuya atmaqda şübhəli bilinən Aypara Əsgərovanın fotosu yayılıb.
Hafta.az lent.az-a istinadla həmin fotonu təqdim edir:

***
23 aprel, saat 11:48
Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Naxçıvan Muxtar Respublikası Pokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən daxil olan birgə məlumata əsasən, aprelin 22-də saat 19:20-də Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 39 yaşlı Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 75 yaşlı Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.