95 yaşlı əməkdar müəllim, əmək veteranı Olqa Lixaçeva döyüldükdən 3 həftə sonra vəfat edib.
Hafta.az xəbər verir ki, bu dəhşətli olay Rusiyanın Yekaterinburq şəhərində qeydə alınıb. Müəllimənin nəvəsi Lidiyanın sözlərinə görə, onun nənəsinə «Miloserdie.pro» xeyriyyə təşkilatının işçiləri baxırmışlar. 60 il eyni məktəbdə rus dili və ədəbiyyatı müəlliməsi işləyən Olqa infarkt və insult keçirib. Bu səbəbdən daimi baxıcıya ehtiyacı olub.
Baxıcılardan biri avqustun 5-də evə gələrkən Olqanın bədənində döyülmə izləri aşkarlayıb və onun vəziyyəti ağırlaşıb. Avqustun 26-da isə vəziyyəti pisləşib və dünyasını dəyişib.
Ölümə qəsd maddəsi ilə polisə şikayət olunsa da, hüquq-mühafizə orqanları həyat təhlükəsizliyinin normalarına uyğun xidmət göstərilməməsi maddəsi ilə cinayət işi açıblar.