İdmançımız Bolqarıstanda üçüncü qızıl medalı qazandı

08:22 11.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunun üçüncü yarış günündə də yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Maqsud Tahirli bütün rəqiblərini üstələyib.

Üzgüçülük Federasiyasının Mətbuat Xidmətindən Hafta.az-a verilən məlumata görə, bu dəfə 1 metrlik tramplindən tullanışda o, qızıl medal qazanıb.

Bundan öncə Tahirli həm 5 metrlik platforma, həm də 3 metrlik tramplindən tullanışlarda da digər iştirakçılardan daha yüksək nəticə göstərərək fəxri kürsünün ən üst pilləsinə layiq görülüb.

Ümumilikdə yarışda 11 ölkənin 160-dan çox yeniyetmə idmançısı iştirak edir.