İki minik avtomobili toqquşub, ölən var

22:53 17.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb. Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov, 1990-cı il təvəllüdlü Asif Əliyev və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Oxunma sayı 132