İran və ABŞ arasında danışıqlar bərpa olunur

23:03 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Avropa İttifaqının baş diplomatı Josep Borrell ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

İranlı nazir deyib ki, ABŞ ilə 2015-ci il nüvə sazişinin bərpası üzrə dolayı danışıqlar tezliklə bərpa olunacaq,

 

"Biz yaxın günlərdə danışıqları bərpa etməyə hazırıq. İran üçün vacib olan 2015-ci il razılaşmasının iqtisadi faydalarını tam şəkildə əldə etməkdir", - deyə o qeyd edib.

 

"Yaxın günlərdə danışıqları bərpa edəcəyimiz və çıxılmaz vəziyyətdən çıxacağımız gözlənilir", - Borrell deyib.modern

Oxunma sayı 209