İsveç NATO-dakı rolunu genişləndirməyə hazırlaşır

18:39 28.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveç Silahlı Qüvvələrinin rəisi Mikael Klaesson bildirib ki, ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq planları fonunda bu Skandinaviya ölkəsi NATO-nun kollektiv müdafiə sistemində daha əhəmiyyətli rol oynaya bilər. Onun sözlərinə görə, İsveç artıq özünü ciddi hərbi və iqtisadi potensiala malik etibarlı müttəfiq kimi sübut edib.

Hafta.az xəbər verir ki, bununla əlaqədar olaraq ölkəyə alyansın digər üzvləri kimi, imkanlarına uyğun olaraq əlavə tapşırıqlar verilə bilər.

Mediada yer alan məlumatlara görə, ABŞ F-16 və F-15 qırıcılarının, tanker təyyarələrinin sayını azaltmağı, eləcə də təyyarədaşıyan gəminin yerini dəyişdirməyi və Avropada yerləşdirilən kəşfiyyat dronlarının sayını azaltmaq imkanını nəzərdən keçirir.

M.Klaesson qeyd edib ki, bəzi Amerika hərbi imkanlarını tezliklə əvəz etmək mümkün olmayacaq. Onun fikrincə, müttəfiqlər potensial resurs azalmalarının kompensasiyasını əvvəlcədən planlaşdırmağa başlamalıdırlar.