İran Vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatdan sonra Küveyt və Bəhreyndə yerləşən ABŞ Silahlı Qüvvələrinin əsas infrastruktur obyektlərinə cavab zərbələri endirib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.
"SEPAH bu gün həyata keçirilən birgə raket və pilotsuz uçuş aparatları əməliyyatı çərçivəsində ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Küveytdəki Əli əl-Salem aviabazasında və Bəhreyndəki Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasında ABŞ hərbçilərinə məxsus səkkiz əsas infrastruktur obyektini məhv edib", - deyə qeyd olunub.
SEPAH Tehranın ABŞ-nin potensial təcavüzünə qarşı cavabının gələcəkdə daha qətiyyətli olacağı barədə xəbərdarlıq edib və atəşkəsin pozulması halında əvvəllər əldə edilmiş razılaşmaların tamamilə ləğv ediləcəyini xatırladıb.