Afrika ölkəsində vəba epidemiyası elan edilib

20:05 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Afrika Respublikası ölkədə vəba epidemiyasının yayıldığını elan edib.

Hafta.az xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Banqinin cənub-qərbində yerləşən Bimbo və Mbayki səhiyyə dairələrində vəba epidemiyasını rəsmən təsdiqləyib.

İndiyədək xəstəliklə əlaqəli 24 ölüm hadisəsi qeydə alınıb, 197 nəfərə isə xolera diaqnozu qoyulub.

Nazir əlavə edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün zərərçəkmiş bölgələrdə və yaxınlıqdakı şəhərlərdə profilaktik tədbirlər həyata keçirilir.

Xolera bakteriya ilə çirklənmiş su və qida vasitəsilə yayılır. Xəstəlik ağır ishal və susuzlaşmaya səbəb ola bilər. Bu virus inkişaf etmiş ölkələrdə nəzarət altına alınsa da, təmiz içməli suya çıxışın məhdud olduğu yoxsul bölgələrdə hələ də ciddi təhlükə olaraq qalır.

Hazırda səlahiyyətli qurumlar epidemiyanın mənbəyini araşdırır. Bu, ölkədə qeydə alınan beşinci vəba epidemiyasıdır.