İraqdakı ABŞ diplomatik binasına hücum edilib

08:45 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən ABŞ-ın İraqdakı səfirliyinin logistika mərkəzinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

Hafta.az xəbər verir ki, bu barədə “Əl-Ərəbi” telekanalı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində yanğın baş verib. Dəyən ziyan barədə hələlik məlumat verilməyib.

Öz növbəsində, “Əl-Hadath” telekanalı Süleymaniyyə əyalətinə də pilotsuz təyyarələrlə zərbələr endirildiyini bildirib.

Hələlik itkilər barədə məlumat yoxdur.