İrəvanda əsgər atası Ohanyana “sən əclafsan” dedi

16:08 21.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İrəvanın “Yerablur” hərbi panteonunda Azərbaycana qarşı işğalçı müharibə və döyüşlər zamanı ölmüş əsgərlərin valideynlərindən biri Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanı korrupsiyada ittiham edib, əvvəlcə Ohanyan onu, ardınca isə valideyn Ohanyanı “əclaf” adlandırıb.

Hafta.az xəbər verir ki, bu haqda “Haykakan Jamanak” nəşri məlumat yayıb.

“Sizin dövrdə orduda böyük korrupsiya olub, 1994-cü ildə anam şəxsən sizə pul verib ki, mən ordudan buraxılım. Bunu 4 ildən sonra öyrəndim”, - deyə valideyn bildirib.

Ohanyan reaksiya verərək belə deyib: "Yalan deyirsən, mənə pul verib? Yalan deyirsən, əclafsan. Bağışla, kim pulu götürübsə, o, əclafdır. Gəlib mənə “pul verdim” deyəcək adamı gətir, sonra məni mühakimə et”.

Ölən erməni hərbçinin atasına cavab verən Ohanyan qeyd edib ki, hər kəs səhv edə bilər və o da öz səhvlərindən xəbərdardır, lakin onun sözlərinə görə, onun səhvləri həddindən artıq olmayıb.

Əsgər valideynlərinin Ohanyanın o zaman, 1994-cü ildə hansı vəzifədə olduğunu soruşduqda, sonuncu “dağlıq Qarabağın müdafiə ordusu”nun qərargah rəisi olduğunu bildirib.

Valideynlər isə belə cavab veriblər: “Bu, hələ də pullu bir işdir”.

Oxunma sayı 186
Gündəm rubrikasından digər xəbərlər