İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna verdiyi açıqlamada ABŞ ilə əldə edilən razılaşmanı şərh edib.
Hafta.az yazır ki, Qəribabadi 14 iyunda əldə edilən və "İslamabad Anlaşma Memorandumu" adlandırılan razılaşmanın ABŞ-ın son hərəkətləri səbəbindən faktiki olaraq pozulduğunu deyib.
Qəribabadi ABŞ-ın hərbi hücumları və yenidən dəniz blokadası tətbiq etmək cəhdləri ilə razılaşmanı aradan qaldırıldığını və Vaşinqton administrasiyasına qarşı sərt reaksiya verdiyini bildirib.
Qəribabadi deyib: "ABŞ razılaşmanın bütün infrastrukturunu və fundamental çərçivəsini məhv etdi".
İranın ABŞ-a hərbi cavab verdiyini və verməyə davam edəcəyini bildirən Qəribabadi, mövcud şəraitdə Tehranın razılaşma ilə bağlı heç bir öhdəliyi olmadığını söyləyib.
"Hazırda müzakirə edəcəyimiz heç bir razılaşma qalmayıb" deyən Qəribabadi digər ölkələrə də mesaj göndərərək bildirib ki, heç bir ölkə İrandan öhdəliklərini yerinə yetirməsini gözləməməlidir.
İranın bu açıqlaması ABŞ-ın bölgədəki hərbi hərəkətləri və dəniz blokadası cəhdi ilə bağlı iddialardan sonra verilib.