İyulun 17-si gündüzədək hava qeyri-sabit keçəcək - Xəbərdarlıq

16:21 13.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxunma sayı 1726