Azərbaycan idmançıları Sofiyada 4 medal qazanıblar

19:41 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak etmiş suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb.

Hafta.az bildirir ki, təmsilçilərimiz Sofiya şəhərində ümumilikdə 4 medal (3 gümüş və 1 bürünc) qazanıblar.

Yarış 14-17 iyul tarixlərində keçirilib və 15 ölkədən ümumilikdə 187 idmançının iştirakı ilə təşkil olunub.