İzzət Yıldızhan: “İbrahim Tatlısəsin psixologiyası yaxşı deyil"

09:34 11.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur xalq müğənnisi İzzət Yıldızhan qatıldığı televiziya proqramında İbrahim Tatlısəslə bağlı diqqətçəkən açıqlamalar verib. “Sənətçi dost ola bilməz” deyən Yıldızhan Tatlısəslə bağlı “Onun vəziyyəti yaxşı deyil, dərman qəbul edir, müalicə alır” deyib.

Hafta.az-ın yazdığına görə, türk musiqisinin sevilən adlarından olan İzzət Yıldızhan qatıldığı “Gəl Konuşalım” proqramında özəl həyatı və musiqi dünyası ilə bağlı diqqət çəkən açıqlamalar verib. Ailəsinə bağlılığı ilə tanınan və 3 fərqli qadından 9 övladı olan Yıldızhan sənət camaatı haqqında sərt ifadələr işlədib: "Mən sənət adamları arasında dostluğa inanmıram. Bu bazara nifrət edirəm. Heç kimdən qorxmuram, heç kimə hörmət etmirəm, heç kimə önəm vermirəm. Dostluğun da həddi var. Bir mərhum dostum var idi. Evinə girib-çıxdığım İbrahim Erkal. O, belə adam idi”.

Verilişdə aparıcı Ece Erkenin "İbrahim Tatlısəs vurulanda zəng edib, əlaqə saxladınızmı?" sualına Yıldızhan belə cavab verib: “Xəstəxanaya ilk gedənlərdən oldum, Allah can sağlığı versin, Allah köməyi olsun. Amma o, yaxşı psixologiyaya malik adam deyil. Həb qəbul edir, dərman alır, müalicə alır. Ona görə də deyirəm sən nə etdin, bundan sonra nəsə etsə də, dözəcəm. Narahat adam, bu normal deyil".