ABŞ İranı Türkiyə ilə savaşa təhrik edir - Politoloq

16:50 26.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ dünyada öz hegemonluğunu qorumaq üçün, regional layihələrin öz nəzarətində olmasını istəyir. Buna görə də, ABŞ, ən böyük səfirliklərinin birini Ərbildə, digərini Yerevanda açıbdır.

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanı və Gürcüstanı Rusiya və Türkiyənin əlindən alaraq, onları öz nəzarətinə keçirmək istəyir:

"O, bununla, Ermənistan və Gürcüstan vasitəsilə Qara Dənizə çıxmaqla Avropaya bir yol açır, digər tərəfdən, İranı qarışdırmaqla İran Kürdüstanı, Cənubi Azərbaycanın bir qismi, Naxçıvan və Zəngəzura koridor açmaq hədəfi daşıyır. Zəngəzur-Göyçə Respublikası təxribatı və İranda üsyanın ilk qığılcımı olan öldürülmüş kürd mənşəli qadının atasına Bərzani tərəfindən başsağlığı göndərilməsi məsələsi buna işarədir.

Yəni, ABŞ, bölgədə türk-kürd savaşını alovlandıraraq Cənubi Qafqaza qədər genişləndirmək məqsədi daşıyır. İranda baş verən hadisələr iki ssenari üzrə davam edə bilər: ya İranı parçalayaraq Suriyaya çevirmək və onun şimal bölgələrində türk-kürd qarşıdurması yaratmaq planı durur.

Yaxud, İran hakimiyyətini mövcud durumdan çıxarmaq şərtini irəli sürərək, onu sanksiyalardan azad edir və Türkiyə ilə savaşa təhrik edir. Əsas məqsəd ikinci ola bilər.

Çünki İranın dağılması, orada Türkiyə və Azərbaycanın dəstəyi ilə böyük bir türk dövlətinin yaranması demək olar. Bunu ABŞ və Avropa dövlətləri istəməz. Zatən, indiki klerikal rejimin 1979-cu ildə Fransadan ABŞ-ın dəstəyi ilə hakimiyyətə gətirilməsi bu məqsədə xidmət edirdi".

Oxunma sayı 1531