ABŞ Azərbaycan vətəndaşına qarşı - MƏHKƏMƏ- MİLYON DOLLARLIQ FIRILDAQ

17:22 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Oreqon ştatının Eugene şəhərində federal münsiflər heyəti Azərbaycan vətəndaşı Rövşən Bahadur oğlu Qasımovun da daxil olduğu cinayətkar qrupun 5 üzvündən birinin işi üzrə dinləmələri başa çatdırıb. Qrup üzvləri Oreqon ştatının Rouzburq sakinini hədəf alan internet dələduzluğu təşkil etməkdə ittiham olunurdular.

Hafta.az haqqin.az-a istinadla xəbər verir ki, məhkəmə Nyu Cersidə yaşayan Tomas Gerard Moutonu dörd maddə üzrə təqsirli bilib. Moughtonun hökmü dekabr ayına təxirə salınıb.

Məhkəmə sənədlərinə görə, qrupun üzvlərindən biri Yuta ştatından olan 46 yaşlı Kared Mak ilk dəfə 2015-ci ilin iyul ayında e-poçt vasitəsilə qurbanı ilə əlaqə saxlayıb və yaşlı kişiyə həftəlik 20 faiz gəlirlə investisiya imkanı təklif edib. "Müştəri" tez varlanmaqda maraqlı olduqdan sonra Mak onu "investisiya tərəfdaşı" Moutona yönləndirib və o, qurbanı dəstənin başqa bir üzvü, Nyu Yorkdan olan 39 yaşlı Olabod Olukanni ilə əlaqələndirib.

Bir neçə ay ərzində Mouton və onun tərəfdaşları sistematik olaraq qurbanla e-poçt vasitəsilə əlaqə saxlayıb, adamı “az riskli, yüksək gəlirli investisiya sxeminə” qoşulmağa çağırıblar.

İnvestisiya mənimsənilmiş pulların məskunlaşdığı Honq-Konqdakı fırıldaqçıların ortağından keçməli idi.

Zərərçəkmiş sonda dələduzların vədlərinə inanaraq 2015-ci ilin dekabr ayında Dubay banklarından birində Azərbaycan vətəndaşı Rövşən Bahadur oğlu Qasımovun adına açılmış hesaba bir milyon dollar köçürüb.
Zərərçəkmiş pulunu, eləcə də vəd etdiyi gəliri görməyib. Amma Qasımov dərhal hesabından bir milyon dollar çıxararaq Dubaydakı zərgərlik mağazalarından birində qızıl əşyalar almağa xərcləyib.

Mak, Olukanni və Qasımov artıq dələduzluqda təqsirli olduqlarını etiraf ediblər və məhkəmə sənədlərinə əsasən mühakimə olunublar. Eyni zamanda, Azərbaycan vətəndaşının nə vaxt və harada mühakimə olunduğu barədə məlumat verilmir.

İş FTB agentləri tərəfindən araşdırılıb və ABŞ vəkillərinin köməkçiləri Gavin B. Bruce və William M. McLaren məhkəmədə dövlət ittihamçısı qismində çıxış ediblər.