ABŞ bu ay ilk NASAMS qurğularını Ukraynaya təhvil verəcək

17:22 14.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ bu ay Ukraynaya NASAMS zenit-raket kompleksinin ilk bir neçə qurğusunu tədarük edəcək.

Hafta.az bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ümummilli telemarafonun efirində deyib.

“ABŞ-ın bizə çox tanınmış NASAMS sistemini təqdim etmək qərarı var. Artıq mütəxəssislərimiz hazırlanır. Onlar isə bu ay təhvil veriləcək”, - Reznikov bildirib.

Bir gün əvvəl müdafiə departamentinin rəhbəri də İspaniyanın Ukraynaya dörd Hawk hava hücumundan müdafiə sistemi təhvil verəcəyini təsdiqləyib.