ABŞ-da 1 gündə 3000 nəfər koronavirusdan öldü

12:24 10.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatıb.

Hafta.az Nyu-York Post-a istinadla xəbər verir ki, bu ölkədə bir sutkada ölənlərin sayı 3000-i keçib. Ümumiyyətlə isə ABŞ-da hər gün ortalama 200 min nəfərin koronavirus testi pozitiv çıxır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ABŞ-da bugünədək 15 milyonadək koronavirusa yoluxub. Bu ölkədə 296 mindən çox insan Covid-19-un qurbanı olub.