ABŞ-da FTB və hərbçilər təlim zamanı yanlış otel otağına basqın ediblər

13:10 06.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da FTB və hərbçilər Massaçusets ştatının Boston şəhərində təlim zamanı yanlış otel otağına basqın ediblər.

Hafta.az-ın "İnsider"ə istinadən yazdığına görə, iki gün əvvəl keçirilən birgə təlim zamanı Delta Hava Yollarının pilotu otaqda bir saata yaxın saxlanılıb. Adı açıqlanmayan şəxs vanna otağına aparılaraq sorğu-sual edilib.

ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığının polkovnik-leytenantı Mayk Börns CNN İnternational-a bildirib ki, təlimin məqsədi “əsgərlərin real və qeyri-ənənəvi mühitlərdə fəaliyyət qabiliyyətini artırmaqdır”. Burns pilotdan üzr istədiklərini bildirib.
"Yanlış məlumatlara görə, onlar təsadüfən yanlış otağa göndərilib və iddiaçı deyil, başqa bir şəxs saxlanılıb. Təhlükəsizlik həmişə FTB və hüquq-mühafizə tərəfdaşlarımızın prioritetidir, biz bu hadisələrə çox ciddi yanaşırıq", - FTB-dən bildirilib.

Delta Hava Yolları da məsələni araşdırdıqlarını və əlavə açıqlama verə bilməyəcəklərini bildiriblər.