ABŞ generalından QORXULU UKRAYNA AÇIQLAMASI

19:07 16.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Rusiya üzərində tam qələbə qazanması və 2023-cü ildə bütün işğal olunmuş ərazilərinin azad edilməsinə nail olması son dərəcə çətin olacaq. Bu, rus ordusunun faktiki dağılması şərti ilə mümkündür.
“Bu il Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin hər qarışından rusları qovmaq da çox çətindir... Demək olmaz ki, bu baş verə bilməz... Amma bu, son dərəcə çətin olacaq və əslində “Rusiya ordusunun dağılması ilə mümkündür” – belə bir proqnozla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Financial Times-a müsahibəsində bildirib.

General əmindir ki, Rusiyanın təcavüzü “qətiyyətlə, çəkindirmə və hərbi güclə” dayandırılmalıdır.
Bununla belə, Milley hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi danışıqlarla yekunlaşa bilər və hər an diplomatiya üçün fürsət yarana bilər.