“Made in İtaly” Bakının lüks kişi geyimləri sektorunda mövqeyini təsdiqləyir - FOTO

12:06 01.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İtali Səfirliyinin Ticarət şöbəsi olan İtaliya Ticarət Agentliyinin Bakı ofisinin təşkilatçılığı ilə İtaliyanın lüks brendi “Giuseppe Ancona”nı tanıtmaq üçün tədbir keçirib.

Hafta.az yazır ki, bir günlük işçi səfəri ərzində brendin qurucusu və direktoru Cüzeppe Ancona lüks seqmentli kişi geyimləri sektoru üzrə yerli təchizatçı və istehlakçılarla məhsuldar B2B görüşləri keçirib.

Son beş il ərzində (2020-2025-ci illər) İtaliyadan Azərbaycana geyim sektoru üzrə, o cümlədən dəri və kürk geyimlərinin idxalında tədricən artım müşahidə olunub. 2025-ci ildə İtaliyadan Azərbaycana ümumi idxalın həcmi 36,1 min avro dəyərində olub. 2024-cü ildə qeydə alınmış 37,7 min avro ilə müqayisədə 4 faizlik azalma nəzərə çarpır. Bu kiçik tendensiya 2026-cı ilin əvvəllərində də davam edib. Belə ki, yanvar-mart ayları ərzində İtaliyadan idxalın həcmi 8 min avro olub. Bu nəticə 2025-ci ilin eyni dövründə qeydə alınan 8,7 min avro ilə müqayisədə 1,3 faizlik azalma göstərir.

“Giuseppe Ancona” berendinin yerli bazara iştirakçılarına və istehlakçılarına təqdim edilməsi bu sektorda mühüm əhəmiyyət daşıyır. Bu geyim brendi İtaliyanın və dünyanın dəb bazarında fərdi və hazır kişi geyimlərinin tikilişi üzrə fəaliyyət göstərir. Şirkət ənənəvi dərzi üsullarını müasir dəbdəbə ilə birləşdirmək ustalığı ilə tanınır. Bu təməl prinsip hazır geyim istehsalının yüksək keyfiyyətinə olan etibarı ilə tanınır və brendin böyüməsi üçün əsas zəmin yaradır. Parça seçimi, xüsusilə merinos yunu, kaşmir, ipək, Misir pambığı və kətan kimi incə parçaların istifadəsi brendin keyfiyyət və davamlılığa verdiyi önəmi əks etdirir. Davamlılıq tələblərinə cavab vermək üçün “Giuseppe Ancona” eyni zamanda keyfiyyətli azaltmadan üzvi pambıq, təkrar emal olunmuş yun və ya ətraf mühitə mənfi təsiri az olan innovativ və ekoloji təmiz parçalardan istifadəni də nəzərdə tutur.

Eskizlər əsasında hazırlanan geyimlərin istehsalı, yəni əvvəlcədən kəsilmiş parçaların yığılması “Giuseppe Ancona”nın sifarişi ilə Apuliya bölgəsində yerləşən seriyalı istehsal müəssisələrinə həvalə edilir. Bu baxımdam geyimlərin mühüm rəqabət üstünlüyü ondan ibarətdir ki, Apuliya bölgəsi və xüsusilə Cüzeppe Anconanın doğma şəhəri olan Martina Franka İtaliyanın mühüm və qabaqcıl tekstil mərkəzidir. Bu coğrafi ərazi lüks və dərzi üslublu geyimlərin istehsalında, xüsusilə də İtaliyanın ən yüksək sənətkarlığından və emalatxanaların onilliklərə dayanan nou-hausundan faydalanan “Made in İtaly” kişi geyimləri üzrə ixtisaslaşıb. Beləliklə, vaxt və xərcləri optimallaşdırmaq üçün istehsal prosesi dərzi sənəti ilə sənayeləşdirilmiş proseslər arasında bölünür. “Giuseppe Ancona” kolleksiyalarının başqa bir rəqabət üstünlüyü və innovasiyası ölçü əsasında tamamilə əl tikilişi və xüsusi müxanizmlərin tətbiq olunduğu kətan gödəkçə və pencəklərin tikilməsindən ibarətdir.