ABŞ-ın yeni təhlükəsizlik strategiyasında Rusiya ilə dialoqdan bəhs edilmir - Rusiya səfiri

19:35 20.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında ABŞ və Rusiya arasında strateji dialoqdan belə bəhs edilmir. Hafta.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

Onun sözlərinə görə, bu sənədin müddəaları məyusedicidir, çünki Rusiya tərəfi ABŞ prezidenti Co Baydenin komandasından silahlara nəzarət üzrə konkret və əsaslı ideyalar gözləyirdi.

Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, hazırda Vaşinqton Moskvanın Ukraynadakı vəziyyətlə bağlı diplomatiyaya hazır olduğuna dair heç bir əlamət görmür.