ABŞ kəşfiyyatı Putini öldürə bilər - GENERALDAN İDDİA

18:32 04.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Nəzəri cəhətdən ABŞ kəşfiyyat agentlikləri Rusiya prezidenti Vladimir Putini “Əl-Qaidə”nin lideri Ayman əl-Zəvahiri kimi məhv etməyə qadirdir. Hafta.az xəbər verir ki, bunu ukraynalı general Viktor Yaqun Espresso telekanalının efirində deyib.

"Nəzəri cəhətdən Amerika kəşfiyyat xidmətləri Putinlə "Əl-Qaidə" lideri Ayman əl-Zəvahiri ilə eyni şəkildə davrana bilər. Amma başa düşmək lazımdır ki, Putini qoruyan hava hücumundan müdafiə sistemi və radar sistemi Putinin öldürülməsinə mane ola bilər" - deyib Yagun.

Onun sözlərinə görə, əl-Zəvahirinin məhv edilməsi əməliyyatı ABŞ kəşfiyyat xidmətlərinin qeyri-məhdud imkanlarını təsdiqləyir.

"ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri bildiriblər ki, onlar uzun günlər Kabildə əz-Zəvahirini izləyiblər, onun iş qrafikini öyrəniblər və vərdişlərini biliblər. Onlar terrorçunu məhv etmək üçün partlayıcılarla təchiz olunmayan, lakin xüsusi bıçaqlı raketlərdən də istifadə ediblər. Bu, bir gündən çox davam edən unikal xüsusi əməliyyat Amerika kəşfiyyat xidmətlərinin imkanlarının indiyə qədər faktiki olaraq sonsuz olduğunu təsdiqləyir”, - general vurğulayıb.

Oxunma sayı 564