DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir

16:02 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər DYP İdarəsi tərəfindən motosiklet və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Hafta.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlərin məqsədi bu tip nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Motosiklet və moped sürücülərini məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırırıq.