Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında Vaşinqtonun Kiyevə 20 milyard dollardan çox hərbi yardım etdiyini bildirib.
Pentaqonun rəhbəri vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya “nə qədər lazımdırsa” kömək etməyə davam edəcək.
Daha əvvəl Ostin bildirib ki, Ukraynadakı münaqişənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq.
Bundan əvvəl Pentaqonun rəhbəri Ukraynaya yardımın çatdırılması ilə məşğul olan təmas qrupunun iclasında bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukraynaya “lazım olduğu qədər” hərbi dəstək göstərməyi hədəfləyib. Onun sözlərinə görə, ümumilikdə Vaşinqton Kiyevi dəstəkləmək üçün 18,6 milyard dollar ayıracağına söz verib.