Bu ərazilərdə qaz KƏSİLƏCƏK

18:25 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala rayonunun bir sıra küçələrində də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Hafta.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 19-da saat 09:00-dan işlər yekunlaşanadək rayonun N.Nərimanov, Ü.Hacıbəyov, G.Kərimova, M.Əzizbəyov, Tağıyev və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.