ABŞ konqresmenlərindən ibarət iki nümayəndə heyəti Tayvana gedib

13:15 12.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tayvanın Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, ABŞ konqresmenlərindən ibarət iki nümayəndə heyəti Tayvana gəlib. Hafta.az xarici mediaya istinadla bildirir.

“Xarici işlər naziri Vu Zhaose ABŞ konqresmenlərindən ibarət iki nümayəndə heyətini ziyafətdə qarşılayıb. Müdafiə, çəkindirmə və Hind-Sakit okean regionunda sülh və sabitliyin təşviqində Tayvanın rolu ilə bağlı mənalı müzakirələrə görə dostlarımıza təşəkkür edirik”, - nazirliyin rəsmi Twitter hesabında deyilir.

Daha əvvəl adanın Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasının respublikaçı üzvü Bred Uenstrup və Nümayəndələr Palatasının üzvü, demokrat Set Moultonun rəhbərlik etdiyi ABŞ konqresmenlərindən ibarət iki nümayəndə heyətinin oktyabrın 13-dək adada qalacağını bildirmişdi. Nümayəndə heyətlərinin tərkibinə konqresmenlər Kay Kahele və Michael Waltz da daxil idi.