Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb və deyib ki, Amerika liderinin Kiyevə səfərinin nəticəsi rus təcavüzkarına qarşı mübarizədə döyüş meydanında hiss olunacaq.
Bunu Zelenski Kiyevdə Baydenlə birgə brifinqdə deyib.
"Bu həftə artıq bizim yenilməzliyimiz, Rusiya təcavüzünə qarşı mübarizəmiz ilidir. Və çox rəmzidir ki, biz cənab prezidentlə iki görüşlə möhkəmliyimizi gücləndiririk: dekabrda mənim və komandamızın Vaşinqtona səfəri və ABŞ prezidentinin səfəri. Prezident və komandası bu gün, indi Kiyevdədir. Bu səfərlərin nəticələri, şübhəsiz ki, döyüş meydanında, əsgərlərimizin gücləndirilməsində və ərazilərimizin azad edilməsində hiss olunacaqdır”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın Ukraynanı M1 Abrams tankları ilə təmin etmək qərarı artıq “tank koalisiyasının” əsasını qoyub.
"Hava hücumundan müdafiə məsələsində irəliləyişimiz tarixən vacibdir və bunlar şəhərlərimizi qoruyan Patriotlardır. Bu, həqiqətən də əsaslı möhkəmlənmədir", - Zelenski vurğulayıb.