ABŞ Rusiyadan alüminium ixracına tamamilə qadağa qoymağı düşünür

21:56 12.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin administrasiyası sanksiyaların gücləndirilməsi çərçivəsində Rusiyadan alüminium alışına tam qadağa qoyulmasını nəzərdən keçirir. Hafta.az bildirir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Ağ Ev Rusiyadan alüminium idxalına tam qadağa, idxal üçün rüsumların rentabelli olmayan səviyyəyə qaldırılması və ya Rusala qarşı sanksiyaların tətbiqi də daxil olmaqla, müxtəlif tədbirlər variantlarını nəzərdən keçirir.