Yazını böyüt
Yazını kiçilt
ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı iddia edir ki, Rusiya hərbi təyyarəsi Suriyada ABŞ-a məxsus MQ-9 pilotsuz uçan aparatına atəş açaraq ona ziyan vurub. Bu barədə Reuters yazır.
ABŞ iddia edir ki, Rusiya hərbçiləri 23 iyul bazar günü pilotsuz təyyarəyə hücum edib. Pilotsuz təyyarə “İŞİD-lə mübarizə” missiyası zamanı zədələnib.