ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

17:03 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ səfirliyi oktyabrın 10-da Rusiyanın kütləvi raket zərbələrindən sonra Amerika vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb. Hafta.az bildirir ki, bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Səfirlik qeyd edib ki, Rusiya Federasiyası mülki infrastruktura, eləcə də Kiyevdə və Ukraynanın digər şəhərlərində dövlət obyektlərinə zərbələr endirib.

ABŞ səfirliyi Rusiyanın Ukraynaya zərbələrinin mülki əhali və mülki infrastruktur üçün birbaşa təhlükə olduğunu bildirib.

“Rusiyanın Ukraynaya qarşı davam edən zərbələri mülki əhali və infrastruktur üçün birbaşa təhlükə yaradır. Səfirlik ABŞ vətəndaşlarını öz yerində sığınacaq tapmağa və təhlükəsiz olduqda şəxsi yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırır".