ABŞ ukraynalı qaçqınları üçün fond yaradır

16:59 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ukraynalı qaçqınları qəbul edən ölkələr üçün 2,5 milyard dollarlıq fond yaradır.

Hafta.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ dövlət katibi Antoni Blinken Moldova Prezidenti Maya Sandu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

A. Blinken deyib ki, ukraynalı qaçqınları qəbul edən Moldovaya kömək edəcəklər.