Abşeronda 4 nəfər dəm qazından zəhərləndi

10:32 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda 4 nəfər dəm qazından zəhərlənib.

 

Hafta.az-ın məlumatına görə, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Hökməli qəsəbəsində 1992-ci il təvəllüdlü Nurullayev Emil Elşən oğlu, Masazır qəsəbəsində 2010-cu il təvəllüdlü Bağırova Zəhra Etibar qızı, Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Zeynalov Aqil Alik oğlu və Novxanı qəsəbəsində 2014-cü il təvəllüdlü Məmmədəliyeva Asif Dəniz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisənin təfərrüatı araşdırılır.