“Açıq Büdcə İndeksinə əsasən Gürcüstan 125 ölkə arasında birincidir” - Şalva Papuaşvili

11:20 30.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Siyasətdə reallıq və fantaziyanın birləşmə ərəfəsində, tanrıya şükürlər olsun ki, rəqəmlər və faktlar dünyası hələ də mövcuddur. Həqiqətlə, statistika, rəqəmlərlə təsdiqlənən qərəzsiz faktlar var ki, onlara qarşı dezinformasiya seli gücsüzdür”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili X sosial şəbəkəsində yazıb. Spiker bildiirb ki, məqsədyönlü yalan və şayiələrin fırtınasında 2023-cü ilin Açıq Büdcə İndeksi dərc edilib. Buna əsasən Gürcüstan 125 ölkə arasında birinci yerdə qərarlaşıb.

Papuaşvili, bu indeksin həm də büdcəyə nəzarəti və vətəndaşların iştirakını qiymətləndirdiyini, bu baxımdan Gürcüstanın beşinci yerdə qərarlaşdığını bildirib. Ümumilikdə, indeksə əsasən, Gürcüstan əhəmiyyətli irəliləyiş əldə edib, təkcə son üç ildə reytinqdə 16 pillə irəliləyib.

“Siyasətdə reallıq və fantaziyanın birləşmə ərəfəsində, tanrıya şükürlər olsun ki, rəqəmlər və faktlar dünyası hələ də mövcuddur. Həqiqətlə, statistika, rəqəmlərlə təsdiqlənən qərəzsiz faktlar var ki, onlara qarşı dezinformasiya seli gücsüzdür. 2012-ci ildən “Gürcü Arzusu” hakimiyyətinin idarəçiliyi dövründə Gürcüstan büdcə şəffaflığı məhdud olan ölkələr kateqoriyasından tam şəffaf büdcəyə malik ölkələr qrupuna keçib” deyən spiker sual edir ki, bu fonda sual eşidilir, əgər Gürcüstan hökuməti həqiqətən “rus”, “korrupsioner” və “səriştəsiz”dirsə, büdcə dünya miqyasında necə ən şəffaf olur, kimsə bunu izah edə bilərmi?

“Bu, bizim daxildə və xaricdəki rəqiblərimizin faktların əhəmiyyət kəsb etmədiyi və yalnız qarşılıqlı paylaşılan yalanların “reallığı” təşkil etdiyi bir dünyada yaşadıqlarını sübut edən məsələdir. Xoşbəxtlikdən ən əsas xalqdır – gürcü xalqı, bizim əhalimiz, azad seçkilərdə səs verməklə ölkəni kimin idarə etməli olduğuna dair yekun qərarı verən seçicilərimiz. Bu insanlar reallığı hansısa qeyri-şəffaf qeyri-hökumət təşkilatının və ya arzuolunmaz siyasətçinin deyəcəyi ilə deyil, öz gözləri ilə gördükləri ilə mühakimə edirlər”, - Papuaşvili yazır.

Siyasət rubrikasından digər xəbərlər